YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

İyulun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər. Söhbət zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi qeyd olunub.

Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir mübadiləsi aparıb, xüsusilə Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialının genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.