YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi qəhrəmanlarının doğum günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan igidlərimizin doğum günü qeyd edilib.

"Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", "Şuşanın azad edilməsinə görə" və "İgidliyə görə" medallarına layiq görülən şəhid İlyasov Fərid İbad oğlunun 23-cü, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medallarına layiq görülən Cəfərov Balaş Namiq oğlunun isə 20-ci doğum günü qeyd edilib.

Anım tədbirləri ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda, eləcədə Hökməli qəsəbə qəbiristanlığında uyuyan şəhidlərimizin məzarlarını ziyarət olunub, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb. Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Gülnar Rəhimova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğının bariz nümunəsi olaraq, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Daha sonra şəhidlərin valideynləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.

Şəhid ailələri də öz növbələrində ölkəmizdə onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.