YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət edən şəxslərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslər və aidiyyəti üzrə ərazi partiya təşkilatlarının rəhbərləri iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov YAP-ın yaranma tarixindən, fəaliyyətindən ətraflı bəhs edib. Vüsar İsmayılov qeyd edib ki, dövlət başçısı, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələr üzrə uğurlu islahatlar həyata keçirilir. Ölkəmiz daha da inkişaf edir, dünyadakı mövqeyi möhkəmlənir. O, mövcud inkişafa paralel olaraq partiya daxilində də islahatların uğurla aparıldığını deyib və sonuncu – VII qurultayda qəbul edilən qərarlar barədə məlumat verib. Vüsar İsmayılov YAP-ın regionun ən mütəşəkkil və aparıcı siyasi partiyası olaraq artan nüfuzundan danışaraq partiya sıralarına üzv qəbul olmaq üçün müraciət edən insanların sayının günbəgün artmasının bu siyasətə xalq dəstəyinin bariz sübutu olduğunu diqqətə çatdırıb.

V.İsmayılov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsindən, ölkəmizdəki dövlət-xalq-iqtidar-ordu birliyindən danışıb. Rayon təşkilatının sədri partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə ətraflı söhbət apararaq, onları partiyanın fəaliyyətində hər zaman fəal olmağa çağırdı.

Görüşdə çıxış edənlər – Lala Qurbanova, Gülər Nəsirova və digərləri dövlət başçısı, YAP-ın sədri İlham Əliyevin siyasətini dəstəklədiklərini diqqətə çatdırıblar.

DİGƏR Xəbərlər Arxiv