YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İmişli rayon təşkilatında dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında “Qarabağda işlər planlı şəkildə aparılır” adlı dəyirmi masa keçirilib

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, işğaldan azad edilən ərazilərimizin “yaşıl enerji” zonası elan edilməsi və ən müasir texnologiyalar əsasında infrastrukturun yaradılması üçün həyata keçirilən işlər, ilk olaraq təməli qoyulan yaşayış massivinin də məhz “ağıllı kənd” konsepsiyası əsasında olması bölgədə yenidənqurma-bərpa işlərinin ən müasir standartlarla həyata keçirilməsindən xəbər verir.

Digər çıxışçılar vurğulayıblar ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması da prioritet hədəflər sırasındadır. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaqdır.

DİGƏR Xəbərlər Arxiv