YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatında könüllülərlə görüş keçirilib

20 iyul 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının inzibati binasında könüllülərlə görüş keçirilib.

Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək ölkəmizdə gənclərin hərtərəfli inkişafına nail olunması üçün həyata keçirilən dövlət gənclər siyasətindən ətraflı söhbət açıb. Bu siyasətin partiyamızın fəaliyyətində də mühüm yer tutduğunu qeyd edib.

YAP Qazax rayon təşkilatının yaradılmasının 29-cu ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs edən A.Nəbiyev əldə olunan nailiyyətlərdən bəhs edib.

Könüllülərdən Vüqar Mehdizadə, Aysu Bağırova və başqaları çıxış edərək gördükləri işlərdən, həyata keçirdikləri tədbirlərdən danışıblar.