YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər sakinləri ilə görüş keçirilib

Milli Məclisin deputatı Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri Gəncə şəhər 76 saylı hərbi şəhərcikdə məskunlaşan Kəlbəcər rayon sakinləri ilə görüş keçiriblər.

Görüşdə deputat Aqil Məmmədov deyib ki, işğaldan azad edilmiş ərazilərə, o cümlədən Kəlbəcərə də qayıdış tam təmin ediləcək. O bildirib ki, bu ilin 26 iyun tarixində Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfər zamanı Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda İsti su sanatoriyasının, su istehsalı zavodunun təməlini qoyması Böyük Qayıdış prosesinin sürətləndirilməsi istiqamətində önəmli hadisədir. Həmçinin bölgəyə daha rahat çatmaq və turizm zonası olaraq bu ərazilərin inkişaf etdirilməsi üçün Laçın rayonunda inşa edilən yeni hava limanı bu istiqamətdə böyük rol oynayacaqdır. Bu Zəfər sevincini bizlərə yaşadan müharibə veteranları, şəhid ailələri, qazilər dövlətin daim diqqət mərkəzindədir.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Kəlbəcər sakinləri ilə görüşdə qeyd edib ki, Ali Baş Komdan İlham Əliyevin rəhbərliyi altında cəsur ordumuz və qəhrəman xalqımız 44 gün ərzində düşmənin belini qıraraq onları doğma torpaqlarımızdan çıxardı. Bunun nəticəsi olaraq 19 iyul 2022-ci il tarixindən Böyük Qayıdış başlayıb. İlk olaraq Zəngilan rayonunun Ağalı kənd sakinləri öz doğma kəndlərinə - Ağalı kəndinə qayıdışın sevincini yaşayırlar. Təşkilat sədri bildirib ki, doğma Kəlbəcərimizə qayıdışın sevincini də yaşayacağıq.

Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb, onların qaldırdıqları məsələlər ilə bağlı aidiyyətı üzrə tapşırıqlar verilib.

Kəlbəcər sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.