YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu kontekstdən yanaşsaq, Azərbaycanın bu günü ilə müstəqilliyini bərpa etdiyi ilk illəri müqayisə etdikdə  tamamilə fərqli  ölkənin olduğunu böyük əminliklə qeyd edə bilərik. Həmin dövrün əsas xarakterik  cəhətləri sırasında iqtisadi böhran xüsusi yer tuturdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından sonra uğurlu siyasətin, zəngin idarəçilik təcrübəsinin sayəsində Azərbaycan bütün sahələrdə, o cümlədən iqtisadiyyatda biri-birindən əhəmiyyətli uğurlara imza atdı. Ölkəmizin iqtisadi inkişafı bir möcüzə kimi dəyərləndirildi. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi Azərbaycanın bu gününə hesablanmış mühüm addımlar sırasındadır. Ölkəmiz sabitliyin yaradılması ilə böyük investisiyalar məkanına çevrildi.

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə keçilən yolun təhlili fonunda bu günümüz üçün möhkəm təməlin yaradıldığı xüsusi qeyd edildi. “Biz o vaxt - 1990-cı illərin əvvəllərində ən riskli sayılan ölkəyə Ulu Öndərin yorulmaz səyləri nəticəsində milyardlarla dollar investisiya gətirə bilmişik. Haraya? Neft sektoruna” ,- söyləyən dövlət başçısı İlham Əliyev ölkəmizdə əlverişli biznes mühitinin yaradılmasından geniş bəhs etdi. Təbii ki, investorlar investisiya yatırmaq istədikləri ölkələrdə ilk olaraq sabitliyə, demokratik inkişafa xüsusi diqqət göstərirlər. Yatırılan investisiyaların təhlükəsizliyinə tam təminatın verilməsi iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Bu gün Azərbaycan həmin möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edir. Artıq torpaqlarımızın işğal altında qalmasından deyil, dövlətimizin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində azadlığa qovuşmasından, bu ərazilərdə bərpa və quruculuq işlərinin geniş miqyas almasından bəhs edirik. Bu gün bütün regionlarımız, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz  quruculuq meydanını xatırladır. Dövlətimizin siyasətində insan amilinə verilən yüksək dəyər bərpa-quruculuq işlərinin  həyata keçirilməsində də özünü aydın şəkildə göstərir. Bu torpaqlarda təkmil idarəçilik sistemi yaradılır. İyulun 18-də sakinlərini qarşılayan Zəngilan rayonunun Ağalı kəndinin timsalında bütün işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin  aydın təsəvvürünü  yaradırıq. “Ağıllı kənd” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində soydaşlarımızın  yüksək yaşayışı üçün bütün zəruri addımlar atılır.   

Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Avtomobil yolunun, dəmir yolunun və Beynəlxalq Hava Limanlarının tikintisi əsas diqqət göstərilən məsələlər sırasındadır. Ötən il Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Cari ildə isə Zəngilan Beynəlxalq Hava Limanının tikntisinin başa çatdıılması və istifadəyə verilməsi nəzərdə tutulub. Bu Beynəlxalq Hava Limanları  Qarabağ zonasını bərpa etmək, yüklərin daşınmasına, turizmin inkişafına  böyük kömək olacaq.   Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolu qısa müddətdə bərpa olunub istifadəyə  verildi. Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi,  necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.

Azərbaycanın bu günü üçün yaradılan möhkəm iqtisadi baza hazırda bərpa-quruculuq işlərini daha sürətlə aparmağa geniş imkanlar yaradır.  Bütün işlər daha da fəal, məqsədyönlü şəkildə aparılır ki, Azərbaycanın imkanları genişləndirilsin,  inkişaf dinamikası artsın.  Müşavirədə   “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, bütün işlərin hamısını öz daxili imkanlarımız hesabına görürük,  1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Şəhərlər, kəndlər qurulur, binalar tikilir. Bununla paralel olaraq sosial məsələlər  həll edilir və ediləcək.

İğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər bölgələrimizdə də Regional inkişaf proqramları çərçivəsində xeyli işlər görülüb və görüləcək. Bu işlərlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. 2022-ci ilin ilk sosial paketində əksini tapan Fərman və Sərəncamlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andicmə mərasimində bu vədi vermişdir ki, əmək haqları ildə ən azı 2-3 dəfə artırılmalıdır. Təbii ki, güclü sosial siyasət iqtisadi tərəqqiyə əsaslanır. Azərbaycanın enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafı üçün  mühüm şərait yaradılıb. Dövlət başçısı müşavirədə bir daha qeyri-neft sektorunun inkişafının əsas hədəflər sırasında olduğunu bildirdi. O, “Bir sözlə, iqtisadi sahədə bu altı ayda görülmüş işlər, əlbəttə, aparılan islahatların nəticəsidir və bu nəticələr, bu rəqəmlər deməyə əsas verir ki, ilin sonuna qədər də nəzərdə tutulmuş bütün planlar reallaşacaq” fikirləri ilə Azərbaycanın gələcək inkişafının aydın mənzərəsini təqdim etdi.