YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlazqoda Azərbaycan mədəniyyət gecəsi keçirilib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi və Şotlandiyanın Qlazqo Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyət gecəsi keçirilib.

Müxtəlif ölkələrdən tələbələrin iştirak etdikləri gecədə Azərbaycanın son illərdəki sürətli inkişafından bəhs edilib, ölkəmizin infrastrukturu, turizm imkanları, “Baku-2015” birinci Avropa Oyunları və respublikamızda keçirilməsi planlaşdırılan digər beynəlxalq idman tədbirləri haqqında məlumat verilib.

Tədbirdə Azərbaycan milli mətbəxinin təamları, milli rəqslərimiz və musiqilərimiz iştirakçılarda böyük maraq doğurub.