YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Salyan rayon təşkilatının yaranmasının 29-cu ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının yaranmasının 29-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov partiya rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışan S.Hətəmov həmin dövrdəki siyasi proseslərdən, ölkədə hökm sürən hərc-mərclikdən bəhs  edib. Qeyd edilib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib: “Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşib, dövlətimizin daha yüksək inkişafı üçün var gücü ilə çalışır. Regionun ən böyük güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və aparılan uğurlu dövlət siyasəti dayanır".

O, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən Vətən müharibəsində YAP Salyan rayon təşkilatının üzvlərinin fəal iştirakına toxunaraq əlavə edib ki, ölkə Prezidenti, partiyamızın sədri İlham Əliyevin çağırışını böyük sevinclə qarşılayan YAP Salyan rayon təşkilatının üzvləri müharibə dövründə müsəlləh əsgər kimi vətənin keşiyində dayanıblar.

YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən çox üzv birləşib. Azərbaycanın siyasi palitrasının aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası  yarandığı vaxtdan böyük inkişaf yolu keçib: "Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Ötən illər ərzində partiyanın rayon və şəhər təşkilatları da əhəmiyyətli dərəcədə inkişaf edərək ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Salyan rayon təşkilatı da belə təşkilatlardandır".

YAP Salyan rayon təşkilatının 1993-cü ilin iyulun 17-də təsis edildiyini diqqətə çatdıran rayon təşkilatının sədri bildirib ki, rayon təşkilatı fəaliyyət göstərdiyi 29 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib, ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib. Hazırda YAP Salyan rayon təşkilatının 64 ərazi ilk partiya təşkilatında 7 min 600 nəfər partiya üzvü birləşib. Bu statistika, eyni zamanda, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə olan inamın ifadəsidir: "Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlarda 17 iyul 1993-cü ildə təsis olunan, sıralarında 7600 nəfər partiya üzvünü və 63 ərazi ilk partiya təşkilatını birləşdirən Salyan rayon təşkilatının özünəməxsus payı var”.

YAP Salyan rayon təşkilatının yaradıcıları çıxış edərək bildiriblər ki, bu gün rayonumuzun tanınmış ziyalıları, fəal gənclərimiz YAP Salyan rayon təşkilatının sıralarında təmsil olunmaqdadır. Sevindirici haldır ki, istər kəmiyyət etibarı ilə, istərsə də keyfiyyət baxımından rayon təşkilatının sıraları daim yenilənir, genişlənir. Rayon təşkilatının sıralarında 3539 nəfər qadın, 3538 nəfər isə gənc üzvümüz birləşib. Qeyd edilməlidir ki, xüsusən gənclərin Yeni Azərbaycan Partiyası sıralarına qoşulması olduqca təqdirəlayiq və sevindirici haldır. Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir" sözləri rayon təşkilatının fəallarının şüarına, devizinə çevrilib.

Daha sonra çıxış edənlər YAP-ın şərəfli tarixindən bəhs açıblar. Qeyd edilib ki, YAP hər zaman dövlətin və xalqın maraqlarının keşiyindədir.

DİGƏR Xəbərlər Arxiv