YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid övladının doğum günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında şəhid Kəlbiyev Telman Yadigar oğlunun övladının 10 yaşı qeyd olunub.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhid övladı Elcan Kəlbiyevi doğum günü münasibətilə təbrik edib. Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Şəhid övladlarına ataları Telman Kəlbiyevin qəhrəmanlığından söhbət açan V.İsmayılov Azərbaycan xalqının şəhidlərimizlə fəxr etdiyini bildirib. O, şəhidin övladlarına gələcək həyatlarında uğurlar arzulayıb.