YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Şaiq Kəlbiyevin ailəsi ziyarət olunub

Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, Birinci Qarabağ müharibəsinin şəhidi, rayonun Aşağı Cürəli  kəndindən olan Kəlbiyev Şaiq Tahir oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev və Aşağı Cürəli kənd ərazi partiya təşkilatının sədri Qalib Bağırov şəhidin ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıblar. Söhbət zamanı şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi nəticəsində Birinci Qarabağ müharibəsi şəhidlərinin qanı yerdə qalmayıb və qüdrətli Ordumuz tərəfindən onların qisası alınıb.

Rayon təşkilatının sədri K.Qurbanlı dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Vətən uğrunda cəsarətlə vuruşaraq şəhid olan, həmçinin döyüşlərdən qəhrəman kimi qayıdan cəsur, igid, Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq.

Şəhidin anası Solmaz Kəlbiyeva oğlunun Vətən uğrunda gedən döyüşlərə qatıldığını, digər bir övladının və dörd nəvəsinin isə 44 günlük Vətən müharibəsinin iştirakçısı olduqlarını, oğlu Əşrəfin II Qarabağ müharibəsində iki dəfə yaralandığını bildirib.

Qeyd edək ki, Biləsuvar şəhərinin küçələrindən biri hazırda “Azərbaycan Bayrağı” ordenli şəhid Şaiq Tahir oğlu Kəlbiyevin adını daşıyır.