YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heç kim şübhə etməsin: sözümüzün sahibiyik

Həbib Cəfərov

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri

15 iyul 2022 -ci il tarixdə Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında ölkəmizin əldə etdiyi nailiyyətlərə bir daha nəzər saldı. Cənab Prezident bütün sahələrdə ölkəmizin uğurla inkişaf etdiyini bildirdi: “Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik".

30 ilə yaxın müddətdə Qarabağımız talan edildi, şəhərlərimiz, kəndlərimiz viran qoyuldu. Biz qısa zaman ərzində əzəli torpaqlarımızda böyük işlər görmüşük, şəhər və kəndlərimiz əvvəlkindən də gözəl hala gətirilir. Bunların hamısını öz gücümüzlə, heç bir köməklik olmadan həyata keçirməyimiz məhz Prezident İlham Əliyevin düzgün və uğurlu siyasətinin bəhrəsidir. Hələ bundan sonra daha çox işlər görüləcəkdir. Qarabağımızı yer üzündəki cənnətə çevirəcəyik. Zəfər yolu, Beynəlxalq Hava Limanları kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması müharibədən çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya göstərdi. Qısa zaman ərzində bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir.  Heç kim şübhə etməsin, biz öz sözümüzün sahibiyik. Bir zamanlar “işğal altında olan yurdumuza qayıdacağıq” deyəndə bizə inanmayanlar indi Qarabağda görülən böyük işlərin şahidi olurlar.

DİGƏR Xəbərlər Arxiv