YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzaqgörən siyasətin nəticəsi

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı

İyulun 18-də daha bir əlamətdar və tarixi hadisə baş verdi. Belə ki, dünən Avropa Komissiyasının Prezidentdi xanım Ursula Fon der Lyayenin və Avropa İttifaqının təmsilçilərinin, eləcə də Prezident İlham Əliyevin iştirakı ilə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. 

Sözsüz ki, bu, mühüm tarixi, siyasi hadisədir. Qeyd etmək istərdim ki, imzalanmış Anlaşma Memorondumu həm də əhəmiyyətinə görə Avropa Komissiyasının tarixində nadir sənədlərdən biridir. Bu Memorandum ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığında ən böyük nailiyyətlərdəndir. Əslində, sənədin Azərbaycan üçün əhəmiyyəti Avropa Komisiyasının Prezidentinin çıxışının hər bir cümləsində açıq-aşkar ifadə edilir. Bu nailiyyət Prezident İlham Əliyevin ötən dövr ərzində enerji sahəsində apardığı müdrik və uzaqgörən siyasətin nəticəsidir. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə fəal əməkdaşlığının nəticəsidir. Bildiyimiz kimi, bu son sənədə qədər bir neçə belə mühüm sənəd imzalanmışdır. Dünən imzalanan Memorandum 2006-cı ildə imzalanmış Anlaşma Memorandumundan və 2011-ci ildə imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməsindən daha geniş maliyyə tutumlu olması ilə fərqlənir.

3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq platforması və böyük nailiyyətdir. Bundan əvvəl imzalanmış sənədlərdən fərqli olaraq bu Memorondumda neft, qaz və bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi və digər məsələlər də nəzərdə tutulur. Belə ki, Avropa İttifaqı Azərbaycanı bərpaolunan enerjinin istehsalına dair böyük potensiala malik hesab edir. Qeyd edək ki, son illərdə ölkəmizdə külək və günəş enerjisinə artıq ciddi sərmayə qoyuluşu prosesi başlayıb. Bildiyimiz kimi, artıq Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavata çatıb. Avropa İttifaqı tərəfindən , sözsüz ki, dövlətimizin həyata keçirdiyi uğurlu enerji siyasəti çox yüksək dəyərləndirir.

Dünən imzalanmış və gələcək üçün yol xəritəsi olan Memorandum Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunun da Avropa məkanı üçün mühüm əhəmiyyətə malik olduğunu ifadə edir. Həqiqətən də, ötən dövr ərzində Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması yaradılıb, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları inşa edilmişdir. Bütün bunlar Azərbaycanla Avropa İttifaqı arasında gələcəkdə əməkdaşlığın daha yeni formalarını zəruri edir. Həm cənab İlham Əliyev həm də xanım Ursula Fon der Lyayenin da dünənki imzalanma mərasimindəki çıxışlarında Azərbaycan ilə Avropa İttifaqı arasında yaxın gələcəkdə imzalanacaq yeni saziş üzərində işləndiyi və Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət tərəfdaşı olduğu səsləndirildi.

Xüsusi qeyd etmək lazımdır ki, xanım Prezident Ursula Fon der Lyayen öz bəyanatının ilk cümləsində  belə bir mühüm sənədin imzalanmasını Prezident İlham Əliyevin qətiyyəti sayəsində baş verdiyini bildirdi. Əlbəttə bu fikirlər hər bir azərbaycanlını sevindirir. Xanım Prezident bir daha Azərbaycanı və Prezident İlham Əliyevi daha etibarlı və etimad edilən tərəfdaş adlandıraraq ölkəmizin Avropa üçün mühüm enerji tərəfdaşı olduğuni qeyd etdi. Xanım Ursula çıxışında Anlaşma Memorandumun Avropa İttifaqı ilə Azərbaycan arasında enerji tərəfdaşlığını daha da gücləndirəcəyini bildirdi. O, Azərbaycanın Avropa məkanının enerji təminatçısı və təchizatçısı kimi strateji əhəmiyyətə malik olduğunu və Avropa İttifaqının da Azərbaycan qarşısında götürdükləri öhdəlikləri qeyd etdi.  Xanım Prezident Memorondumda da əks olunduğu kimi Azərbaycanın  bərpaolunan enerji sahəsində nəhəng potensialına malik olmasını və bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlığın çox faydalı olmasını bildirdi. Xanım Ursula Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək əməkdaşlığı xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılmasında da böyük əhəmiyyət kəsb etdiyini dedi.