YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altı ayın yekunları gələcəyə ümidlə baxmağa əsas verir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə bir sıra mühüm məqamlarla yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə çıxışı ölkənin iqtisadi inkişafına qiymət vermək, beynəlxalq aləmdə əldə olunan nailiyyətləri dəyərləndirmək, baxımından çox dəyərlidir.

Müşavirədə qeyd olunan məqamlar bir daha təsdiqlədi ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 6 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir.
Hər şeydən öncə, xarici siyasətdə əldə edilən uğurlara toxunan Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, ölkəmizin beynəlxalq mövqeləri xeyli möhkəmlənib. Azərbaycan ötən 6 ay ərzində həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal iştirak edib. Həmçinin təmsil olunduğu təşkilatlarda fəallığını artırıb və bir sıra mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Platformasının formalaşdırılması bunun real nümunəsidir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin azad olunmuş torpaqlarımıza səfərini də xüsusi qeyd edə bilərik. Bu səfər erməni vandallığının real nümunələrinin bütün İslam dünyasına çatdırılması baxımından çox önəmli idi.

Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi əsas məqamlardan biri də bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici borcunun minimum səviyyədə olmasıdır. Prezident İlham Əliyev bir daha vurğuladı ki, pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq Azərbaycan bütün bərpa işlərini öz hesabına həyata keçirir. Bu isə onun qurub-yaratmaq əzmini və iqtisadi gücünü göstərir. Bərpa işlərinin miqyası isə olduqca böyükdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət, ölkəmizdə reallaşdırılan genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində böyük uğurlar qazanılmışdır. Bundan sonra da Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq.