YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordu quruculuğu xüsusi diqqət mərkəzindədir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan Vətən müharibəsində gücünü dünyaya göstərdi. 44 günlük müharibə şanlı Zəfər tariximizdi. Bu Zəfəri xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan Ordusudur.

Azərbaycan Ordusunun əks hücum əməliyyatları nəticəsində Ermənistan ordusu 44 gün ərzində məhv edilib. Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında çıxılmaz vəziyyətdə  qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi ordumuzun qüdrəti qarşısında diz çokdü.

Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında  bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da mühüm nailiyyətlər əldə etmişdir. 

44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən işğaldan azad olunmuş sərhədyanı ərazilərdə yeni hərbi hissələr, komando birlikləri yaradılmışdır. Bu gün Silahlı Qüvvələrimizin daha müasir silahlarla təmin edilməsi, ordumuzun modernləşdirilməsi və hərbi qulluqçularımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müasir tələblərə cavab verən, son texnologiyalarla, müasir silahlara sahib güclü orduya malik bir ölkədir. Azərbaycan Ordusu nəinki regionun, həmçinin dünyanın ən qüdrətli silahlı qüvvələrindən biridir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində erməni işğalçılarına layiqli cavab verən Azərbaycan Ordusunun qüdrəti və yenilməzliyi bir dünyaya nümunədir.