YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bugünkü memorandum əməkdaşlığın gələcəyi üçün yol xəritəsi rolunu oynayır

Biz qazın təbii qazın istehsalına da önəm verəcəyik. Bərpaolunan enerjidən istifadə daha çox qaz ixrac etməyimizə imkan verəcək.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib.

Prezident qeyd edib ki, Azərbaycanın bu sahədəki səyləri Avropa İttifaqı tərəfindən də dəstəklənib. “Bugünkü memorandum əməkdaşlığın gələcəyi üçün yol xəritəsi rolunu oynayır. Nəzərə alsaq ki, indiyə qədər nələri planlaşdırmışdıqsa, onlara da nail olmuşuq, gələcək planlarımıza da müvəffəq olacağıq”, - deyə dövlətimizin başçısı bildirib.