YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid İsmayıl Qabilovun doğum günündə xatirəsi ehtiramla yad edilib

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Göygöl rayon şəhidlər xiyabanında Kəlbəcər rayonundan olan şəhid Qabilov İsmayıl Əli oğlunun doğum günü münasibətilə məzarını, Gəncə şəhər Gülüstan qəsəbəsində isə ailəsini ziyarət ediblər.

Dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışılıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Qabilov İsmayıl Əli oğlu 15 iyul 1983-cü ildə Kəlbəcər rayon Mozqaraçanlı kəndində anadan olub. İsmayıl Qabilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonra dekabrın 4–də nəşi tapılıb. Dekabrın 5-də Göygöl rayon Şəhidlər xiyabında dəfn olunub. Şəhid Qabilov İsmayıl 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda"  və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub.