YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Amid Heydərovun övladının doğum günü qeyd olundu

Vətən müharibəsi şəhidi Heydərov Amid Rəbbil oğlunun övladının 8 yaşı tamam olması münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, DQHK-nin Lerik rayon komitəsinin sədri Ələkbər Salayev, Lerik Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov şəhidin ailəsini ziyarət edərək, övladına baş çəkib hədiyyələr təqdim ediblər.

Şəhid övladının özəl günündə iştirakçıları şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb, Amid Heydərovun keçdiyi döyüş yolundan söhbət açıblar.  Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir döyüşçümüzün xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayan qonaqlar, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyiblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv