YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda “Mənim siyasi fəaliyyətim” adlı təlim keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə YAP Nərimanov rayon təşkilatında gənclər üçün “Mənim siyasi fəaliyyətim” adlı təlim keçirilib.
Təlimdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecin şöbə müdiri Tamerlan Əkbərov və 80 nəfər könüllü iştirak etmişdir.
Tədbirdə natiqlər qeyd etmişlər ki, siyasət həmişə insanların həyatı ilə bağlı olmuş və опlаrın fəaliyyətinə özünəməxsus təsir göstərmişdir: “Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Siyasi fəaliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır. Bu fəaliyyət prosesində siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır.”

Natiqlər vurğulamışdılar ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır: “Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.”
Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara iştirak etdiklərinə görə təşkilatçılar tərəfindən sertifikatlar təqdim edildi.