YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlı rayonunda şəhid ailələri və qazilər ziyarət olunub

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri Qurban bayramı münasibəti ilə şəhid ailələrini və qaziləri ziyarət edib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, şəhid ailələrinə partiya rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.

Şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.