YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada YAP-ın veteran üzvünün 75 illik yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının veteran üzvü, uzun illər Boyat kənd bağçasının müdiri və kənd bələdiyyəsinin sədri vəzifələrində çalışmış, rayonun ictimai-siyasi həyatında böyük xidmətləri olmuş Böyükxanım Əliyevanın 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Boyat kənd ərazi partiya təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, Boyat kənd ərazi partiya təşkilatının sədri Asif Qəfərov və müavini Nigar Sadıqova, Neftçala rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fərid Əhmədov, Boyat kənd ərazi partiya təşkilatının fəal üzvləri iştirak ediblər.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək Böyükxanım Əliyevanı rayon təşkilatı adından təbrik edib, onun haqqında xoş arzularını bildirib. Böyükxanım Əliyevanın rayonun ictimai-siyasi həyatında, eyni zamanda rayon təşkilatının həyatında yüksək xidmətlərinin olduğunu vurğulayıb.

Sonra Boyat kənd ərazi partiya təşkilatının sədri Asif Qəfərov Böyükxanım Əliyevanın həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, öz xoş arzularını çatdırıb.

Sonda Böyükxanım Əliyeva çıxış erdərək fəaliyyətinə yüksək qiymət verildiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, tədbirin təşkil olunmasında isə YAP Neftçala rayon təşkilatına və Boyat kənd ərazi partiya təşkilatına öz təşəkkürünü, xoş sözlər və səmimi arzulara görə minnətdarlığını bildirib.

75 illik yubileyi münasibətilə Böyükxanım Əliyeva YAP Neftçala rayon təşkilatının Fəxri fərmanı ilə təltif edilib və ona hədiyyələr təqdim olunub.