YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsuda qazi və şəhid ailələri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının əməkdaşları 44 Günlük Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhid olmuş Səmədzadə Hüseyn Müşviq oğlu, Cəfərov Sübhan Mehman oğlu, Nəcəfov Fərid Fərman oğlu və Vətən müharibəsi qazisi Abdullayev Yaqub Fərrux oğlunun ailələrini ziyarət edib və onlara Qurban bayramı münasibətilə bayram sovqatı təqdim ediblər.

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.