YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhid Xalid Qasımovun xatirəsi yad edilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və partiya fəalları rayonun Moranlı kəndində şəhid Qasımov Xalid Rafiq oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Sonra tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanmışlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.