YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə bir qrup qazi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının əməkdaşları tərəfindən Qurban bayramı münasibətilə bir qrup qazi ziyarət edilib.

Ziyarət zamanı Vətən müharibəsində qazilərimizin döyüşlərdə göstərdikləri igidliklərdən bəhs edilərək bildirilib ki, Azərbaycanda milli-mənəvi həmrəyliyin rəmzi olan Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Dövlətimiz tərəfindəm qazilərimizə və müharibə veteranlarına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq onlarla görüşür, problemlərini dinləyir, yaşayış şəraitlərinin və maddi rifahlarının yaxşılaşdırılması ilə bağlı sərəncamlar verir.

Sonda  qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım  Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.