YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Goranboyda şəhid ailələri ilə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb. Goranboy rayonu Düzqışlaq kənd şəhidi Qasımov Tural Yelmar oğlunun evində keçirilən görüşdə şəhid ailələri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Görüşdə şəhid ailələrinin qayğılarını dinləyən Anar Məmmədov səsləndirilən məsələlərin həlli istiqamətində əməlli addımlar atıldığını diqqətə çatdırıb.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara daim göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Onu da qeyd edək ki, şəhid atası Qasımov Yelmar bir müddət bundan öncə evinə işıq və qaz xəttinin çəkilişi ilə bağlı deputata müraciət edib, müraciət müsbət şəkildə öz həllini tapıb.