YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər rayon şəhidlərinin ailələri ziyarət olunub

Qurban bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Həbib Misirov və təşkilat nümayəndələri 44 günlük Vətən müharibəsində canlarından keçmiş Kəlbəcər rayon şəhidlərinin ailələrini ziyarət edib, onlara təbriklərini çatdırıblar.

Torpaqlarımızın yağı düşməndən qorunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir iştirakçıları Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Məhərrəmli Fuad Fizuli oğlunun, Xəzər rayonu, Qala qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəmov Yadigar Mirzə oğlunun, Tərtər rayonu, Bəyimsarov kəndində İkinci Qarabağ müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun və Hüseynov Mirzə Xəlifə oğlunun, Mingəçevir şəhərində Muxtorov Taleh Həşim oğlunun, Gəncə şəhərində Məmmədov Cavad Səfiyar oğlunun və Heydərov Qismət İsmayıl oğlunun, Göygöl rayonunda isə Verdiyev Eldəniz Rabil oğlunun ailələrinə baş çəkib, onlara bayram sovqatları təqdim ediblər. Qeyd olunub ki, Vətən uğrunda aparılan haqq mübarizəmizdə canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər birimizin borcudur.

Şəhid ailələri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv