YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Qurban bayramı münasibətilə sosial aksiya keçirib.

Rayon təşkilatının əməkdaşları şəhid ailələrini və qaziləri ziyarət edib, onlara bayram sovqatları təqdim ediblər.

Ziyarət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Şəhid ailələri, qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.