YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda şəhid ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, "Viləş" körpələr evi-uşaq bağçası və partiya fəallarının birgə təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidləri - Həsənov Sübhan Rauf oğlu, Nefesov Murad Ocaqdurdu oğlu, Qasımov Cəbrail Baloğlan oğlu, Bağırov Namiq Nurəddin oğlu, Şahbazov Kənan Natiq oğlu, Əzizov Elvin Əfrail oğlu Akifzadə Elmir Gündüz oğlu, Nüsrətbəyli Ülvi Arif oğlu  və vətən müharibəsi qaziləri Qurbanov Nuru Şahin oğlu, Kərimov Ülvi Əkrəm oğlu, Mehtiyev Ülvi Nizami oğlu, Xəlilli Kamran Nazir oğlu, Qəzənfərli Talıb Cəmil oğlu, Bağırov Kəmaləddin Miri oğlu və Abbasov Nurlan Həsənəli oğlunun ailələri ziyarət olunub.

Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, keçdikləri döyüş yolundan bəhs olunub. Yeni Azərbaycan Partiyas Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib  ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir şəsxin vətəndaşlıq borcudur.

Şəhid və qazi ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.