YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid gizir Rufiz Budaqovun doğum günü qeyd edilib

44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid gizir Budaqov Rufiz Şirzad oğlunun 45-ci doğum günü qeyd edilib.

Anım tədbirində Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, şəhid ailələri iştirak ediblər. Mərasim iştirakçıları İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Tədbirdə çıxış edən RİH-in şöbə müdiri Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Şəhid Rufiz Budaqovun yaxınları ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra şəhid Rufiz Budaqovun övladları II Fəxri xiyabanda uyuyan şəhidlərimizi, o cümlədən general Polad Həşimovun məzarını ziyarət edib, onların məzarı üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

DİGƏR Xəbərlər Arxiv