YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöl rayonunda şəhid ailələri və qazilər ziyarət olunub

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının, Göygöl rayon İcra Hakimiyyətinin və DİHİ-nın Göygöl rayon komitəsinin nümayəndələrinin iştirakı ilə rayon ərazisində yaşayan şəhid ailələri və qazilər Qurban bayramı münasibətilə ziyarət olunub.

Əvvəlcə şəhidlər xiyabanı ziyarət olunaraq, şəhidlərin  məzarları üzərinə gül dəstələri düzülüb. Sonra bir qrup şəhid ailələri və qazilər evlərində Qurban bayramı münasibətilə təbrik olunub və bayram sovqatı verilib. Söhbət zamanı onların qayğıları ilə maraqlanılıb.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.