YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda şəhid ailələri ziyarət edilib

Artıq iki ilə yaxındır ki, ölkəmizdə bütün tarixi günlər, bayramlar Zəfər ovqatında qeyd edilir. Bu Qələbənin qəhrəmanları olan şəhidlərimizin ailələri ziyarət olunur.

İyulun 8-də  Yeni Azərbaycan Partiyası (YAP) Həmkarlar İttifaqı Komitəsi ilə partiyanın rayon təşkilatlarının əməkdaşlarının  İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə  şəhid ailələrini ziyarət etmələri də  bu ənənənin davamıdır.

Şəhid ailələrinin evlərində olan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və təşkilatın əməkdaşları  onları bayram münasibətilə təbrik edib və   bayram  sovqatlarını çatdırıblar.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tarixi Zəfərimizdən bəhs edərək bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Qələbəmizin qürurunu yaşamaqla yanaşı, bizlərə bu sevinci yaşadan  şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyir: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Vətən oğullarımız tariximizin Zəfər səhifəsini yazdılar. Onların döyüş yolu  indiki və gələcək nəsillər üçün bir vətənpərvərlik  məktəbidir. Şəhidlərimiz  öz həyatlarını qurban verərək bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Düşmənin gözünə dik baxaraq  torpaqlarımızı işğaldan azad etmək üçün canlarından keçən belə vətənpərvər oğullarımız tariximizin qəhrəmanları kimi  həmişə ehtiramla yad ediləcəklər. Onları unutmağa heç birimizin  haqqımız yoxdur.”

Vüqar Rəhimzadə və rayon təşkilatının əməkdaşları şəhidlərin valideynlərinin onlar üçün yaratdıqları  ev- muzeylərində olaraq həyat yollarını vərəqləyib, Azərbaycanın müstəqilliyi və əzəli torpaqlarımızın işğaldan azad olunması yolunda  canlarını fəda edən qəhrəman  şəhidlərimizin ölməz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildiriblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv