YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması aksiyası sona çatıb.

Beş gün ərzində 17 saylı Yasamal üçüncü seçki dairəsi ərazisində aztəminatlı ailələr ziyarət edilib. Qurban bayramı münasibəti ilə həmin ailələrə bayram sovqatları paylanılıb.

Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ümumilikdə 315 aztəminatlı ailəyə bayram sovqatları paylanıb.