YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda şəhid ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən Qurban bayramı münasibəti ilə Vətən müharibəsi şəhidləri gizir İslamov Elvin Elçin oğlunun və Rzayev Mirsəfa Mircəlil oğlunun ailələri ziyarət olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 44 günlük Vətən müharibəsində yüzlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Elvin İslamov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, şəhid Mirsəfa Rzayev isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar.