YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının “A.Məmmədağa küçəsi 54” (Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialı) ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təsis iclasında çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, partiyanın yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub.

Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var.

Sonra təşkilatı məsələlərə baxılıb. Vüsal Məmmədov yeni ərazi partiya təşkilatının sədri, Xətai Mirzəyev isə sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv