YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda qanvermə aksiyası keçirilib

Ağdam rayonunda Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının, Ağdam Rayon İcra Hakimiyyətinin, Mərkəzi Qan Bankının və “MKT İstehsalat Kommersiya” MMC-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

“MKT İK” MMC-nin Ağdam filialında təşkil olunan qanvermə aksiyasında YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, RİH başçısı Vaqif Həsənov, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə, idarə, müəssisə rəhbərləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Toplanan qan ehtiyatı talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.