YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cahit Bağçı: Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf edir

Azərbaycan Avropanı qazla təmin etmək imkanına malikdir. Amma bu, tam təminat deyil. Digər yollar axtarmaq lazım gəlir. Bu məsələyə Orta Asiya ölkələrini də cəlb etmək çox mühümdür.

Bunu “Diplomatiya həftəsi” çərçivəsində iyulun 7-də keçirilən “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.

Türkiyə və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdıran səfir Azərbaycan qazının Qərb ölkələrinə Türkiyə üzərindən verildiyini vurğulayıb.

“Hazırda geosiyasi vəziyyət çox dəyişib. Dünyanın və Avropanın memarlarının dəyişdiyi göz önündədir. Baxış diplomatiyası da təbii olaraq dəyişir.

Sülh, təhlükəsizlik, qida və enerji hazırda dünyanı narahat edən qlobal problemlərdir”, - deyən Cahit Bağçı NATO-nun tərkibinin də genişləndiyinə diqqət çəkib.