YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Naftalanda Vətən müharibəsi iştirakçılarını ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhərində Vətən müharibəsi iştirakçıları olan Şövqi Mirzəyevi və oğlunu  evində ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Görüşdə Naftalan şəhər ağsaqqalları və ziyalıları iştirak edib.

Anar Məmmədov qəhrəman əsgərlərimizin döyüş meydanlarında göstərdiyi şücaətin tarixin yaddaşına həkk olunduğunu diqqətə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Söhbət zamanı Şövqi Mirzəyev və oğlu keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər. Onlar qeyd ediblər ki, Azərbaycan əsgərləri Vətən qarşısında öz vəzifələrini ləyaqətlə yerinə yetiriblər. Vətən müharibəsinin iştirakçısı Şövqi Mirzəyev və ailə üzvləri göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Onu da qeyd edək ki, Şövqi Mirzəyev bir müddət bundan öncə evinə işıq xəttinin çəkilişi ilə bağlı deputata müraciət edib, müraciət müsbət şəkildə öz həllini tapıb.