YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan etibarlı tərəfdaş ölkə kimi böyük nüfuz sahibidir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan lider rolunu oynamaqla yanaşı  istər sahilyanı, istərsə də digər ölkələrlə qarşılıqlı maraqların qorunması əsasında münasibətlərin daha da genişlənməsi istiqamətində fəal siyasət yürütməkdədir. Bu gün Ali Baş Komandanımız, Ölkə Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi altında Azərbaycan tariximizdəki ən güclü inkişaf dövrünü keçir.  Ən müasir  hərbi silah-sursatla təmin edilmiş Azərbaycan Ordusunun yaradılması Vətənimizin təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş və nəticə etibarilə 44 günlük Vətən müharibəsində  doğma torpaqlarımız işğaldan azad edilərək, tarixi ədalət bərpa olunmuşdur. Cənab Prezidentin xalqımızın maraqları naminə hesablanmış siyasəti nəticəsində Azərbaycanın sosial-iqtisadi göstəriciləri yüksək tendensiyalar üzrə dəyişmiş, vətəndaşlarımızın sosial rifah halı yaxşılaşdırılmış, xarici əlaqələrimiz genişlənmiş və beynəlxalq müstəvidəki nüfuzumuz artmışdır. Təsadüfi deyil ki, xalqdan etimad mandatı aldıqdan sonra dahi, kreativ ideyalara sahib olan cənab İlham Əliyev yeni inkişaf strategiyası müəyyənləşdirdi. Son 18 ildə cənab Prezident  Azərbaycanı dünyanın kosmik üzvünə də çevirdi. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərini kosmosda uğurlu fəaliyyətinə nail olunmaqla ölkəmiz dünyada az sayda orbitdə peyki olan ölkələr sırasına daxil olub. Digər mühüm bir məsələ də qeyd edilməlidir ki,  BMT-dən sonra dünyada ən böyük siyasi qurum olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin bu quruma sədrlik müddətinin daha bir il artırılması onun qlobal liderlik səylərinə verilən yüksək dəyərdir. 2022-ci il iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlamışdır və hər zaman olduğu kimi dövlətimizin başçısı mühüm məsələlərə diqqət çəkmişdir. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Elə Azərbaycanda ədalətsizliklə barışmayıb öz doğma torpaqlarını işğaldan azad edərək, məhz  tarixi ədaləti bərpa etmişdir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur.

Doğrudan da Azərbaycanda bu konfransın keçirilməsi xüsusi əhəmiyyət kəsb edir və ölkəmizin Qoşulmama Hərəkatına üzv olan ölkələrlə bir çox məsələlərdə sıx əməkdaşlığı, təması, strateji tərəfdaşlıq əlaqələri hər gün daha da güclənir və genişlənir.