YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmi

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Qoşulmama Hərəkatı beynəlxalq aləmdə BMT-dən sonra nüfuzuna görə və tərkibində ən çox dövlətiləri birləşdirən bir siyasi qurumdur. Bu beynəlxalq qurum öz ətrafında 120 üzv ölkəni, 18 müşahidəçi ölkəni və 10 müşahidəçi təşkilatı birləşdirir. Yarandığı vaxtdan etibarən Qoşulmama Hərəkatı beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin qorunması məqsədilə bir çox məsələlərdə sülhün təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan Respublikası da öz növbəsində 2011-ci ildən etibarən bu hərəkatın üzvü olmuş və qısa zaman ərzində Hərakatda böyük nüfuz qazanmışdır. Qoşulmama Hərəkatı Azərbaycanı öz üzvlüyünə qəbul etdikdən sonra mütamadi olaraq ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləmiş və müdafiə etmişdir. Azərbaycanın bu hərakatın tərkibində apardığı səmərəli fəailiyyətin nəticəsi olaraq 2016-cı ildə qəbul edilmiş qərarla Azərbaycan Qoşulmama Hərəkatında 2019-2022-ci illər üçün sədr seçilmişdir. Bu, təbii ki, ölkəmizin  beynəlxalq münasibətlər sistemində nüfuzunun yüksək olmasının bir göstəricisi və dünyanın bir çox aparıcı dövlətlərinin Azərbaycan Respublikasına və prezidenrinə göstərilən etimadın göstəricisidir. Qoşulmama Hərəkatına üzvülük Azərbaycan üçün  haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında çox mühüm bir önəm kəsb etdiyini xususi qeyd etməli və eyni zamanda bu təsisatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkatın qarşısına qoyduğu ən prinsipial mövqe dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı olaraq beynəlxalq hüququn təməl bazasını əldə rəhbər tutaraq tərəfsiz mövqe nümayiş etdirməkdir.

2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının failiyyəti dövründə daima Hərəkatın beynəlxalq arenada nüfuzunun, təsirinin gücləndirilməsi, beynəlxalq hüququn və ədalətin müdafiəsi istiqamətində ciddi işlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında sədrliyi dünyanı öz ağuşuna almış COVID-19 pandemiyasına mübarizə ilə üst-üstə düşsə də Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizə aparan ən fəal rol oynayan ölkələrdən biri olmuşdur. Pandemiya dövründə bilavasitə Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilmiş və pandemiya ilə mübarizədə dünya dövlətlərinin səfərbər edilməsi üçün ilkin olaraq birgə addımların atılması qərarları alınmışdır. Pandemiya dövründə ölkəmiz tərəfindən 80-dən çox zəif inkişaf etmiş dünya ölkələrinə maddi yardımlar və humanitar dəstək göstərilmiş, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunmuşdur ki, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. İqtisadiyyatı zəif inkişaf etmiş dövlətlər üçün peyvəndin əlçatan olması kimi humanist bir missiyanın həyata keçirilməsində Azərbaycanın fəailiyyəti  beynəlxalq birlik tərəfindən dəstəkləndi və bu da dünyada pandemiya ilə mübarizədə çox mühüm rol oynamış oldu.

Bununla yanaşı, ölkəmizin Hərəkata sədrliyi beynəlxalq arenada onun nüfuzunun daha da güclənməsinə böyük töhfələr verimiş və digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atılmışdır. 30 iyun 2022-ci il tarixində tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı Azərbaycanın bir daha beynəlxalq hüququn baza prinsiplərinə sadiqliyi və təşkilata sədrliyi dövründə daima yeni və mütərəqqi təşəbbüsləri ilə bu beynəlaxalq təşkilatın inkişafına verdiyi töhfələrin miqyasını müəyyən etdi. Bakı konfransında 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın 2023-cü ilin axırına kimi Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə olunan böyük bir hörmət və eyni zamanda ölkə başçısının apardığı daxili və xarici siyasətin uğurlu nəticəsi kimi qiymətləndirmək olar.

2020-ci ilin sentyabrında başlanan Vətən Müharibəsində Azərbaycan bir dövlət və bir millət olaraq öz haqlı mübarizəsinə başladı və cəmi 44 günlük müharibədə əzəli düşmənlərimizi məğlub edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan öz haqlı mübarizəsini aparan zaman bir çox ermənipərəst qlobal güclər yenə də hərəkətə keçərək anti-Azərbaycan faəliyyətlərini davam etdirirdilər. Lakin bu zaman Qoşulmama Hərəkatında təmsil olunan ölkələr 44 günlük Vətən müharibəsində anti-Azərbaycan mahiyyətli bəyanatları və Azərbaycana qarşı ittihamları blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumlarının qarşısı alındı. Bütün bunlar Azərbaycanın sülhsevər ədalətli dövlət olmasından və öz haqq işini müdafiə edərkən beynəlxalq hüquq və normalara tam şəkildə riayət etməsindən irəli gəlirdi.

Bu  gün Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər və göstərdiyi səylər dünyada həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə, təsisatın isə institusional inkişafına, hətta Prezident İlham Əliyevin də söylədiyi kimi müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəldilmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq beynəlxaq aləmdə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına və ayrıseçkiliyə qarşı mübarizə aparmaqla bütün dünya ölkələrinin Azərbaycan xalqına və Azərbaycan dövlətinə olan etimad və rəğbətin daha da artmasına nail olmuşdur.