YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatında Avropa çempionu ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında İtaliyanın paytaxtı Roma şəhərində idmanın sərbəst güləş növü üzrə keçirilmiş “Gənclərin Avropa Birinciliyində” Avropa çempionu adını qazanmış Yevlax Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Soltanova Birgül Knyaz qızı ilə görüş keçirilib.

Görüşdə Yevlax UGİŞM-in direktoru Elman Əlibəyli, Yevlax Gənclər və İdman idarəsinin rəis müavini Samir Kərimov, Əməkdar müəllim Tofiq Tağıyev iştirak ediblər.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Birgül Soltanovanı qələbə münasibətilə təbrik edərək, Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib.

Avropa çempionu Birgül Soltanova rəqiblərinə əsl Azərbaycan qadının gücünü göstərərək qazandığı möhtəşəm qələbədən söhbət açıb, idman sahəsindəki inkişafa, idmançılara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Sonra Birgül Soltanovaya və onun məşqçisi Tofiq Tağıyevə YAP Yevlax rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim olunub.