YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı özlərinə strateji tərəfdaş və dost ölkə sayır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

İyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri iştirak edib. İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub. Ümumiyyətlə, Xəzər dənizinin sahilində yerləşən dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan respublikaları və Rusiya Federasiyası tarixən əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində yaşamışlar. Azərbaycan üçün Xəzər dənizində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət kəsb edib.

Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində olmuşdur. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır. Azərbaycan  yeganə ölkədir ki, həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba doğru uzanan dəhlizlərin yaradılmasına və onların funksionallığının artırılmasına özünün böyük töhfələrini verir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 19 ildə neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar  yenidən qurulmuş, yaxud hazırda qurulur.

Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı özlərinə strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması da regionumuz və ölkəmiz üçün mühüm addımdır. Dövlətimizin başçısının Zirvə toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu onun siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

DİGƏR Xəbərlər Arxiv