YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycan xalqı Azərbaycan yenilməz ordusu Vətən müharibəsində cəmi 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdikdən sonra, noyabrın 20-də Kəlbəcər rayonu da Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi. Kəlbəcərin rayonununun qaytarılması Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri ərəfəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir və Silahlı Qüvvələrin şəxsi heyəti qarşında çıxış edərək yenilməz Azərbaycan ordusunu qəhrəman əsgərlərini təbrik etmişdir. Silahlı Qüvvələrimizin şəxsi heyəti qarşısında çıxışı zamanı cənab Prezident bildirdi ki, bu gün biz Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edirik, azad olunmuş Kəlbəcərdə. Eyni zamanda, bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi açılır. İlk belə komando qüvvələrinin hərbi hissəsi dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Dövlət başçısı qeyd etdi ki, biz Vətən müharibəsində xalqımızın böyüklüyünü, yenilməz ruhumuzu və güclü iradəmizi göstərdik. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsindən sonra ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən işğaldan azad olunmuş sərhədyanı ərazilərdə yeni hərbi hissələr, komando birlikləri yaradılmışdır. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra cənab Prezidentimizin rəhbərliyi altında ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.