YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid övladının nişan mərasimi keçirilib

Abşeron rayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevin oğlu Yaqub Abdullayevin nişan mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, kəlbəcərli ziyalılar, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər gəncləri təbrik edərək, onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıblar.

Həbib Misirov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Şəhidin ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Rasim Abdullayev 2020-ci il noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.