YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: 400 mindən çox qadın və 300 mindən çox uşaq qaçqın və məcburi köçkün həyatı yaşayır

«Ölkəmiz müasir dövrdə müharibənin dəhşətlərini və onun ağır fəsadlarını yaşayır». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycan torpaqları uğrunda erməni qəsbkarlarla kişilərlə yanaşı, qadınlarımız da döyüşərək, şəhid olublar. Onun sözlərinə görə, dörd yüz mindən çox qadın və üç yüz mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

«Ədalətsiz müharibənin ağırlığını çiyinlərində daşıyan qadınlarımız bütün bu çətinliklərə baxmayaraq, özlərində güc taparaq fəaliyyətlərini davam etdirir, təhsillərini artırır, işləyir, ictimai aktivlik göstərirlər»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.