YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər dənizi regionun beynəlxalaq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı göstərdi ki, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla davam edir. Bu ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsiliyin mühüm göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları VI Zirvə Toplantısında çıxışında bildirmişdir ki, “Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”. Qeyd etmək lazımdır ki, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin sərhədlərinin bölünməsi ilə bağlı razılığa gələrək Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalamaqla Xəzərin ehtiyatlarının bölüşdürülməsinə dair bir düstur yaratdılar. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regional əməkdaşlığı nümayiş etdirir. Sualtı boru kəmərlərinin inşası üçün geniş imkanlar açan bu sənəd qlobal neft layihələrinin reallaşmasına təkan verəcək. Həmçinin Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının imzaladığı Konvensiyanı Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır. Bu Konvensiya Xəzəryanı ölkələrin Xəzər dənizində birgə layihələr həyata keçirmələri üçün yeni imkanlar açır. Bununla da Xəzəryanı ölkələr öz milli maraqları ilə yanaşı, təhlükəsizliklərini də təmin edə bilirlər.

Prezident İlham Əliyev cənabları “Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir” - deyir. Əslində qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin, eləcə də qonşu dövlətlərin əsas prioritetləri olmalıdır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması müasir dövrdə əməkdaşlığın mühüm istiqamətidir. Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməldir. Təsadüfi deyil ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika habına çevrilib. Elə bunun nəticəsidir ki, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Zəngəzur dəhlizi reallaşdıqdan sonra Azərbaycanın dünyanın loqistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində mühüm addım olacaq.