YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Süleymanov: AŞPA-nın yaz sessiyası bir sıra məsələlərlə yadda qaldı

«Avropa Şurası Parlament Assambleyasının  yaz sessiyası bir sıra məsələlərlə yadda qaldı». Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

E.Süleymanov bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən silahlı işğalı ilə bağlı sənədlərin qəbul olunması istiqamətində vacib nailiyyət əldə edilib. Onun sözlərinə görə, bu reallıq 23 ildən bəri heç vaxt beynəlxalq gündəlikdə olmamışdı, çünki erməniyönümlü qüvvələrin bütün dünyadakı lobbiçiliyi və təzyiqi ilə bunun qarşısı alınmışdı. 

«Lakin bu həftə Strasburqda “Avropa Şurasına üzv dövlətlər arasında münaqişələrə dair alt komitə təsis edildi və nəhayət, bu, bir faktdır. Davamlı səylərimiz sayəsində “dondurulmuş münaqişələr” termini geri götürüldü. Eyni zamanda, erməniyönümlü qüvvələrin böyük etirazına baxmayaraq, “Dağlıq Qarabağ və digər yeddi rayon”u qeyd edən düzgün ifadə forması təsdiqləndi. Bu, ermənilərin silahlı işğal reallığını “Dağlıq Qarabağ münaqişəsi” adı ilə “sadələşdirmək” müraciətinin qarşısını aldı.  Nəticə etibarilə, bu yaz sessiyasında böyük erməniyönümlü təzyiqə qarşı güclü mübarizə və işğal olunmuş Azərbaycan ərazilərinə dair məruzələrlə bağlı bütün problemlərin uğurlu həllindən sonra biz artıq AŞPA-nın növbəti iclaslarını səbirsizliklə gözləyirik. 2015-ci ilin növbəti iyun sessiyasında Monitorinq Komitəsinin “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzəsi komitənin və Assambleyanın gündəliyində olacaq. Biz ədalətli və balanslı hüquqi məruzənin hazırlanmasında bütün deputatların obyektiv olacağına ümid bəsləyirik»- deyə, E.Süleymanov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv