YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çilidə “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı böyük maraqla qarşılanıb

Çilinin paytaxtı Santyaqoda keçiriləcək güləş üzrə Panamerika çempionatından əvvəl Dünya Güləş Birliyi (DGB) Amerika Şurasının növbəti konqresi keçirilib.
Tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, DGB-nin idarə heyətinin üzvü Namiq Əliyev və Federasiyanın baş katibi Əjdər Cəfərov da iştirak ediblər.
Şuraya üzv ölkə federasiyalarının rəhbərləri ilə yanaşı, DGB-nin idarə heyətinin üzvlərinin də qatıldıqları konqresdə çıxış edən beynəlxalq qurumun Amerika Şurasının prezidenti Fransisko Eduardo Lee Lopez gündəlikdə duran məsələlər barədə məlumat verib, tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına xüsusi yer ayırıb. O, Azərbaycanın “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərini yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığından bəhs edən video və fotoslayd nümayiş etdirilib.