YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bir qrup şəhid atası ilə görüşüb

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı təşkilatın qərargahında bir qrup şəhid atası ilə görüşüb. Onlar Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaqla bağlı müraciət edib. Allahverdiyev Sübhan Eldar oğlu, İbrahimov Seyidxan İxtiyar oğlu, Bəkirov Əfqan Canəli oğlu, Salehov Fikrət Arif oğlu və Qəniyev İsaman Əlsahab oğlu partiyaya qoşulmaq istəyi ilə YAP Şamaxı rayon təşkilatına ərizə ilə müraciət ediblər.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı şəhid ataları ilə görüş zamanı onların müraciətinin müsbət qarşılandığıni bildirib və qeyd edib ki, partiya tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. O, Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildirib. Qeyd edib ki, Azərbaycan əsgərləri döyüş meydanında əsl qəhrəmanlıq nümayiş etdiriblər.

Həmçinin vurğulanıb ki, partiya hər zaman tutduğu yola sadiqdir, milyonların partiyası kimi cəmiyyətdə yerini və rolunu möhkəmləndirir. 

DİGƏR Xəbərlər Arxiv