YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın “The Hill” qəzeti Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmindən yazıb

ABŞ-ın “The Hill” qəzetində dərc olunmuş məqalədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan bəhs edilib. Siyasi icmalçı Raul Kontrerasın müəllifi olduğu məqalədə ABŞ-ın ölkə daxilində enerji resurslarının istismarı ilə əlaqədar mövcud hüquqi-iqtisadi vəziyyət təhlil edilib, bu ölkənin avropalı müttəfiqləri ilə birgə enerji təhlükəsizliyinin aktual çağırışlarına nəzər salınıb.
R.Kontreras bu ilin mart ayında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin təməlinin qoyulmasını mühüm tarixi hadisə kimi qeyd edib. Başa çatdıqdan sonra TANAP-ın Türkiyə və Avropa ölkələrinin enerji istehlakına verəcəyi töhfələrdən bəhs edən müəllif, bu layihə ilə sözügedən ölkələrin enerji asılılığında maneələrin azalacağını vurğulayır.
Müəllif Azərbaycanı ən tolerant müsəlman ölkəsi və ABŞ-ın dostu adlandıraraq, respublikamızın neft və qaz istehsalı sahəsində önəmini xüsusi vurğulayır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Kontreras qeyd edir ki, təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub.