YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatı Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti “Müzəffər sərkərdə və qalib ordu” mövzusunda dəyirmi masa keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və abidə önünə gül dəstələri düzülüb

Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordunun formalaşmasında və gücləndirilməsində xidmətlərindən, müasir Azərbaycan Ordusunun gücündən, qüdrətindən, habelə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən bəhs edib.

Digər çıxış edənlər də Azərbaycan Ordusunun dünyanın ən güclü orduları arasında yer alması və 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə barədə ətraflı danışıblar.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən partiya fəalları Azadxan Haqverdiyev, Şamil Həsənov, Araz Abbasov və Həbib Hüseynov YAP Göygöl rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.